📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Lukoyl"da növbəti şübhəli ölüm - son iki ildə dördüncü dəfədir

2024-03-14 16:39:58

Hurriyyet.az xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, ölkənin "Lukoyl" şirkətinin vitse-prezidenti Vitali Robertus öz iş kabinetində intihar edib.
53 yaşlı kişi ölməzdən əvvəl özünü piss hiss elədiyini söyləyib və baş ağrısı üçün dərman istəyib. Sonra öz kabinetinə gedib. Bir neçə saat oradan çıxmayıb və telefonlara cavab verməyib. Əməkdaşlar kabinetə daxil olarkən onun cansız bədəni ilə qarşılaşıblar.
Şirkət onun ölüm səbəbi ilə bağlı açıqlama verməyib.
Son iki il ərzində "Lukoyl"un artıq dördüncü top meneceri həyatını itirir.
Hürr Tərcüman