Luqanskda partlayış oldu - Video
2022-02-21 22:35:00
Luqanskda Atəşkəs Rejiminə Birgə Nəzarət və Koordinasiya Mərkəzində qondarma LXR nümayəndəliyinin binası yaxınlığında partlayış baş verib.
Bu barədə separatçı rejimin Xalq Milisi nümayəndəsi İvan Filiponenko məlumat verib.
Mülki şəxslərin xəsarət almadığı bildirilir.
Qafqazinfo