Luqanskda qondarma bayraq endirildi, Ukrayna bayrağı qaldırıldı (VİDEO)
2022-03-07 19:12:00
Luqansk separatçılarının işğal etdiyi Starobelski rayonunda etiraz aksiyaları başlayıb.
Aksiyanı yerli əhali keçirir. Onlar Rusiyanın Ukraynaya təcavüzünə etiraz edir.
Aksiyaya Ukrayna bayraqları ilə qatılan etirazçılar həmin ərazidə dirəkdən asılan qondarma Luqansk Xalq Respublikasının bayrağını yerə endiriblər.
Aksiyanın görüntülərini təqdim edirik:
Qaynarinfo