📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maaşını almayan işçi fabriki yandırdı

2026-02-13 15:32:59

Maaşını almayan işçi fabriki yandırdı

Çində maaşını almayan işçi çalışdığı fabriki yandırıb. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fujian əyalətinin Quanzhou şəhərində qeydə alınıb.

Belə ki, beş gün üzrə 2 min yuan (493 manat) əməkhaqqını ala bilməyən işçi müəssisənin anbar hissəsində yanğın törədib. Alovun qısa zamanda genişlənməsi nəticəsində obyektə ciddi ziyan dəyib.

İlkin hesablamalara görə, hadisə 4 milyard yuan məbləğində maddi zərərə səbəb olub. Şübhəli saxlanılıb, faktla bağlı araşdırma aparılır.