Macardan mühüm Ukrayna açıqlaması: Çətindir...
Macarıstan hökuməti Ukraynanın Aİ-yə üzvlük danışıqlarının son iki mərhələsinin açılmasına razılıq verib.
Hurriyyet.net xəbər verir ki, bunu Ukraynanın Zakarpatye bölgəsinə səfər edib, prezident Volodimir Zelenski ilə görüşən baş nazir Peter Macar deyib:
“Macarıstan, digər 27 Aİ üzv dövləti ilə birlikdə, hələ açılmamış dördüncü və beşinci danışıqlar blokları ilə bağlı məktubların göndərilməsinə razılıq verib. Müəyyən edilmiş prosedurlara uyğun olaraq, bundan sonra hökumətlərarası konfrans keçiriləcək və orada qalan iki qrup məsələ üzrə danışıqların başlanması ilə bağlı rəsmi qərar veriləcək. Ukrayna tərəfinin kənd təsərrüfatı və ya digər sahələrdə atacağı əlavə addımlar qənaətbəxş olarsa və bu, təkcə Macarıstan üçün deyil, həm də Polşa, Almaniya və Fransa kimi ölkələr üçün vacibdirsə, onda biz irəliləyə bilərik".
Eyni zamanda, o, vurğulayıb ki, "Avropa Birliyinə qəbul real nailiyyətlərin qiymətləndirilməsinə əsaslanmalıdır və bu, inanılmaz dərəcədə çətin bir yoldur": "Sürətləndirilmiş prosedur anlayışı sadəcə mövcud deyil; Avropa tərəfi bunu tanımır. Açıq deyəcəyəm və ümid edirəm ki, məni düzgün başa düşəcəksiniz: sürətləndirilmiş prosedur yoxdur".
Macar hakimiyyətə gələndən az sonra Macarıstanın yeni hökuməti Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqlarının başlanmasına etirazlarını geri götürüb.