Macarıstan Aİ-nin antirusiya sanksiyalarına qarşıdır – bütün şəxslər siyahıdan çıxarıla bilər
2023-02-22 22:58:00
Hurriyyet.az xəbər verir ki, Macarıstan Avropa İttifaqının 10-cu sanksiya paketindəki sanksiyaları 12 ay uzatmaq təklifinə qarşı çıxış edir. Bu barədə “Politiko” (Politico) nəşri məlumat verib.
Macarıstanın Baş naziri Viktor Orban dörd nəfərin adının sanksiya siyahısından çıxarılmasının tərəfdarıdır.
Mənbələrin verdiyi məlumata görə, Avropa İttifaqı Viktor Orbanın tələblərinə güzəştə getməyə hazırdır. Çünki, Macarıstanın öz veto hüququndan istifadə eləməyə davam edəcəyi təqdirdə, artıq sanksiya altına düşmüş bütün şəxslərin adları siyahıdan çıxarıla bilər.
Hürr Tərcüman