Macarıstan Aİ-nin Azərbaycana qarşı ədalətsiz bəyanat vermək cəhdini əngəlləyib
Sizlərsiniz, ey qövmi-macar, bizlərə ihvan,
Əcdadımızın müştərəkən mənşəi Turan.
Bir duyğudayız biz, həpimiz haqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə Quran?
Əli bəy Hüseynzadə
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Macarıstan veto qoymaq hüququndan istifadə edərək, Avropa İttifaqının Azərbaycanın öz ərazisində antiterror əməliyyatı aparmasına qarşı (27 ölkənin adından) ədalətsiz bəyanatının qəbul edilməsini əngəlləyib. Bu barədə məlumatı “Azad Avropa radiosu/Azadlıq radiosu”nun şərhçisi Rikard Yozvak “İks” (X – keçmiş “Tvitter”) şəbəkəsindəki səhifəsində yazıb. Yozvak bu məlumatı “Aİ-də vəziyyətdən xəbərdar olan üç mənbədən” aldığını söyləyib.
Nəticədə Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel öz adından bəyanat verməli olub.
Hürr Tərcüman