📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstan Aİ-nin qərarına veto qoydu

2024-02-15 12:53:39

Macarıstan Aİ-nin qərarına veto qoydu

Hurriyyet.az xəbər verir ki, Macarıstan Avropa İttifaqının Rusiyadan və dünyanın digər ölkələrindən olan fiziki və hüquqi şəxslərinə zərər verə biləcək yeni, 13-cü sanksiya paketinin qəbul edilməsini əngəlləyib. Bu barədə "Faynenşıl Tayms" qəzeti məlumat verib
Aİ səfirlərinin görüşündə yeni sanksiya paketinin əleyhinə çıxış edən yeganə ölkə Budapeşt olub.
Məqalədə qeyd edilir ki, paketin qəbul ediləcəyi təqdirdə Rusiya, Çin və digər ölkələrdən olan 200-ə qədər şəxs və təşkilat sanksiyalara məruz qalacaqdı.
Aİ məmurlarına istinad edən qəzetin yazdığına görə, Macarıstan bu dəfə Moskvaya yox, Pekinə qarşı qadağanların əleyhinə olub.
Hürr Tərcüman