Macarıstan Avropa İttifaqına xəbərdarlıq etdi
2024-06-24 16:40:04
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropa İttifaqına Ukrayna ərazisində ukraynalı hərbçilərə təlimlər keçirilməsinə başlanılmasını təklif edib.
TASS informasiya agentliyinin məlumatına görə, Macarıstanın xarici işlər naziri Peter Siyyarto bunun çox təhlükəli təşəbbüs olduğunu bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin hərbi təlimçilərinin Ukrayna ərazisinə göndərilməsi Avropa hərbçilərinin savaş meydanına göndərilməsinin ilk addımı olacaq və "bu Rusiyanın qırmızı xəttidir".
Hürr Tərcüman