Macarıstan Avropa Şurasının Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub
Hurriyyet.az xəbər verir ki, Macarıstan Avropa Şurasının Kiyevin Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını nəzərdə tutan sülh planına alternativinin olmadığını tanıyan qətnaməsinə veto qoyub.
Bu barədə açıqlamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto verib.
Siyarto deyib: "Şura bu gün müstəsna olaraq Prezident Zelenskinin sülh planını nəzərdən keçirilməli və dəstəklənməli olan sülh formulu kimi tanımaq istədiyi bir qətnamə qəbul etmək istədi. Bu, bizim üçün qəbuledilməzdir. Digər ölkələr də Ukrayna Prezidentinin planından pis olmayan sülh planları hazırlayıblar. Mən xahiş etdim ki, başqa sülh planları da Avropa Şurasının qətnaməsinə salınsın. Bu, səs çoxluğu ilə rədd edildi. Ona görə də Şuranın qərarının qəbul edilməsinə veto qoydum”. O, Rusiyanın da iştirakı ilə “real sülh danışıqları”na başlamağa çağırıb.
Hürr Tərcüman