“Macarıstan Azərbaycandan sualtı kabellərlə enerji idxalı layihələrini dəstəkləyir” - Abşeron küləyi nura çevrilib Avropanı işıqlandıracaq
2022-09-29 13:38:00
Hurriyyet.az xəbər verir ki, Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto Türk Dövlətləri Təşkilatının energetika nazirlərinin Almatıda keçirilən iclasında Avropa İttifaqını Azərbaycandan, Qafqazdan və Orta Asiyadan qaz nəqlinin təminatı üçün infrastruktur yaratmaq üçün addımlar atmağa, həmçinin, müvafiq sövdələşmələrlə bağlı danışıqlar aparmağa çağırıb. Bu barədə məlumatı Macarıstan mətbuatı verib.
Nazir deyib: “Macarıstan hökuməti həmçinin, Azərbaycandan külək enerji stansiyalarının istehsal elədiyi yaşıl enerjinin sualtı kabellərlə idxalı üzrə layihələri də dəstəkləyir”.
Hürr Tərcüman