📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır"- Prezident İlham Əliyev

2024-06-06 23:35:46

Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır.

Hurriyyet.Az bildirir ki, bunu Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib

"Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır", - Prezident qeyd edib.