Macarıstan Çinin sülh planını dəstəkləyir
2024-07-08 11:14:00
Hurriyyet.az xəbər verir ki, Macarıstanın hazırda Pekində səfərdə olan Baş naziri Viktor Orban ölkəsinin Çinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh planını dəstəklədiyini bildirib. Orban Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü zamanı bu açıqlamanı verib.
Orban deyib: "Macarlar - sülhsevər xalqdır. Ona görə də biz müharibə yox, sülh tərəfdarıyıq". Orban Ukrayna ərazisindəki savaşın artıq 2,5 il davam elədiyini və bütün bu dövr ərzində "Macarıstanın müharibənin kölgəsində" yaşadığını qeyd edərək deyib: "Ona görə də Çinin bütün dünyada müharibə yox, sülh çağırışı etməsi bizim üçün çox mühümdür. Macarıstanın qonşuluğundakı münaqişəyə gəlincə, biz sizin sülh təşəbbüsünüzü yüksək qiymətləndiririk".
Hürr Tərcüman