📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstan da Finlandiyaya “yaşıl işıq” yandırdı

2023-03-28 11:24:00

Macarıstan da Finlandiyaya “yaşıl işıq” yandırdı

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Macarıstan dövləti  Finlandiyanın NATO-ya daxil olmasına razılıq verib. Macarıstan parlamenti bazar ertəsi Finlandiyanın Şimali Atlantika Alyansına üzvlük üçün müraciətinə müsbət cavab verib.

Yaxın günlərdə Türkiyə parlamentinin də qərar verəcəyi gözlənilir. Bu qərarın da müsbət olacağı gözlənilir. Bundan sonra Helsinki NATO-nun tamhüquqlu üzvü olacaq.

Xatırladaq ki, 2022-ci ilin may ayında Finlandiya ilə İsveç onillik bitərəflik siyasətindən imtina edərək NATO hərbi ittifaqına üzv olmaq üçün müraciət eləmişdilər. Türkiyə dövləti bu iki ölkənin terrorçuluğa qarşı mülayim mövqe tutması səbəbindən onların müraciətlərinin qəbul edilməsinə qarşı çıxmışdı. Bu ilin mart ayında Ankara Finlandiyanın NATO-ya girişinə icazə verməyi qərara alsa da, İsveç öz üzərinə götürdüyü antitteror öhdəlikləri yerinə yetirmədiyindən hələ də “hə” cavabını ala bilmir.

Hürr Tərcüman