📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstan Gürcüstanı dəstəklədi: "Status verilməlidir"

2022-06-20 23:37:00

Macarıstan Gürcüstanı dəstəklədi:

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukrayna və Moldova ilə yanaşı, Gürcüstan ilə Bosniya və Hersoqovinaya da Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilməsinin tərəfdarı olduğunu bildirib. Macarıstanın Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Orban bu bəyanatı Aİ sammitinə hazırlıq çərçivəsində keçirilən videokonfransda çıxışı zamanı verib.

Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməsini Orbanla yanaşı, bir sıra digər ölkələrin liderləri də dəstəkləyiblər. Videokonfrans Avropa İttifaqının Prezidenti Şarl Mişelin sədrliyi ilə keçirilib.

 

Hürr Tərcüman