Macarıstan lideri Azərbaycanı müdafiə etdi: “Sanksiya qoya bilməzsiniz! Avropa Bakıdan asılıdır!”
2023-10-06 19:03:27
Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa Parlamentinin Azərbaycanın əleyhinə sanksiyalar tətbiq eləmək qərarını tənqid edib. O, Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik olduğunu deyib. Viktor Orban Azərbaycan olmadan Avropanın enerji sahəsində müstəqilliyə nail ola bilməyəcəyini söyləyib: “Azərbaycanın bizə lazım olduğu hər kəsə bəllidir. Azərbaycan strateji əhəmiyyətə malik ölkədir”.
Bəlli olduğu kimi, dünən Avropa Parlamenti Brüsseli Azərbaycana qarşı sanksiyalar tətbiq eləməyə çağırıb. Qeyd edək ki, AP-nin qətnaməsi tövsiyə xarakteri daşıyır.
Hürr Tərcüman