📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstan lideri: “Rusiya Ukrayna ilə yox, ABŞ-la danışqlar masasında atəşkəs əldə edə bilər”

2022-10-12 14:23:00

Macarıstan lideri: “Rusiya Ukrayna ilə yox, ABŞ-la danışqlar masasında atəşkəs əldə edə bilər”

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban “Cicero” jurnalına və “Berliner Zeitung” nəşrinə müsahibəsində Ukraynada müvəqqəti atəşkəs razılaşmasının Ukrayna ilə Rusiya arasında deyil, ABŞ ilə Rusiya arasında əldə edilməsi lazım olduğunu söyləyib.

Baş nazir Ukraynanın ABŞ-dan hərbi dəstək aldığı üçün Rusiyaya qarşı özünü müdafiə edə bildiyini bildirib.

Orban müharibənin dayandırılmasından bəhs edərkən deyib: “Müvəqqəti atəşkəs Rusiya ilə Ukrayna arasında deyil, Rusiya ilə ABŞ arasında əldə edilməlidir”.

Macarıstan lideri eyni zamanda onu da qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin barəsində söylədiyi sözlərdən sonra onların sülh danışıqları aparmaq üçün görüşmələri çətin olacaqdır: “İndi söyləyəcəyim şey çox amansızdır, lakin, sülh üçün ümidin adı Donald Tramdır”.

Almaniyanın keçmiş Baş naziri Angela Merkelin müharibənin qarşısını ala biləcəyinə inandığını bildirən Orban Merkelin müharibənin qarşısını ala biləcəyinə inandığını qeyd edib, 2014-cü ildə Rusiyanın Krımı işğal eləməsindən sonra Merkelin atdığı addımlarla həmin dövrdə müharibənin qarşısını aldığını  bildirib. Orban angela Merkelin Krım böhranı zamanı atdığı addımları “ustalıq əsəri” adlandırib.

Orban bir hüquqşünas olaraq, Rusiyanın beynəlxalq hüququ pozduğuna heç bir şübhəsi olmadığını, bu səbəbdən Macarıstanın aşkar şəkildə Ukraynanı dəstəklədiyini bəyan edib.

Hürr Tərcüman