Macarıstan NATO-dakı rolunu yenidən nəzərdən keçirəcək
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Macarıstanın özünün NATO-dakı rolunu yenidən qiymətləndirməyə başladığını bildirib.
Baş nazir "Kossuth" radiostansiyasına müsahibəsində qeyd edib ki, buna səbəb Macarıstan NATO-nun Ukraynadakı hərbi missiyasında iştirak etmək istəməməsidir. Onun fikrincə bu missiya alyansa üzv olan ölkələri Ukraynadakı münaqişəyə cəlb edə və Rusiya ilə birbaşa toqquşmaya apara bilər. Onun sözlərinə görə, Brüsseldə hərbi planlaşdırma aparılır, "NATO-nun bu müharibədə eçə iştirak edəcəyi üzərində işçi qruplar çalışırlar" .
Orban deyib: "Macarıstan buna qarşı çıxış edir. Bu müharibədə iştirak etmədən NATO tərkibində qalmaq yollarını araşdırmaq üçün hökumətimizdə fəal iş aparılır".
Orban söyləyib ki, Brüssel də bu mövqedən xəbərdardır və hətta Macarıstanla əlaqədar yeni termin düşünüblər - onu "iştirakçı olmayan" adlandırırlar.
Hürr Tərcüman