Macarıstan rus qazının rublla ödənilməsini gözdən keçirir
2022-04-06 13:23:00
Macarıstanın MVM dövlət enerji şirkəti Qazprom ilə qaz müqavilələrinin rubla çevrilməsini müzakirə edir. Bu barədə Rusiyanın Macarıstandakı səfiri Yevgeni Stanislavov bildirib. O açıqlayıb ki, şirkətin Rusiyanın tələbinə yanaşmasının necə olduğunu bilmir.
“Qazprom Export ilə uzunmüddətli müqavilə bağlayan MVM dövlət enerji şirkəti arasında bu məsələlər müzakirə olunur”, deyə Stanislavov bildirib.
Sentyabrda Qazprom və MVM Ukraynadan yan keçməklə “Türk axını” boru kəməri ilə Macarıstana qaz tədarükü üçün iki uzunmüddətli müqavilə imzalayıb. Ukrayna XİN bildirib ki, Macarıstanın “Qazprom”la yeni uzunmüddətli müqavilə imzalamaq qərarı iki ölkə arasında münasibətlərə xələl gətirir.
Ülviyyə, Hurriyyet.az