📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstan Rusiyaya qarşı növbəti sanksiyanı dəstəkləməyəcəyini bildirib

2024-01-22 19:00:05

Macarıstan Rusiyaya qarşı növbəti sanksiyanı dəstəkləməyəcəyini bildirib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Budapeşt Avropa İttifaqının Rusiyaya qarşı 13-cü sanksiya paketinin lazımsız olduğunu və qadağanların nüvə energetikası sahəsinə toxunacağı təqdirdə onu dəstəkləməyəcəyini bildirib. Bu açıqlamanı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto Avropa İttifaqından olan həmkarları ilə Brüsseldə görüşü zamanı verib.  
Nazir xatırladıb ki, bundan əvvəl qəbul edilmiş 12 sanksiya paketi Rusiyadan çox Avropa İttifaqının iqtisadiyyatına təsir edib və Ukraynadakı müharibədə sülhün əldə edilməsinə yaxınlaşdırmayıb.
Hürr Tərcüman