📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstan Ukraynaya 18 milyard avro yardım ayrılmasını əngəlləyib

2022-12-06 16:53:00

Macarıstan Ukraynaya 18 milyard avro yardım ayrılmasını əngəlləyib

Hurriyyet.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Macarıstan Ukraynaya 2023-cü ildə 18 milyard avro həcmində makromaliyyə yardımı ayrılmasını əngəlləyib.

“İnterfaks-Ukrayna” agentliyi yazır: “Macarıstan qanunvericiliyə düzəlişə qarşıdır”.

Avropa İttifaqının üzvü olan Macarıstan yekdilliklə qəbul edilməli olan çoxillik maliyyə qanunvericiliyinə düzəlişə qarşı çıxıb.

Aİ üzvü olan ölkələrin nazirlərinin böyük əksəriyyəti yardım üçün maliyyə düzəlişinin lehinə səs veriblər.

Hürr Tərcüman