Macarıstandan Rusiyaya doğru addım
2024-07-17 16:48:38
Hurriyyet.az xəbər verir ki, Macarıstanda Rusiyadan neft tədarükünün bərpa olunması üzərində iş gedir.
"Blumberq" nəşrinin yazdığına görə, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto məlumat verib.
Diplomat qeyd edib ki, hazırda "Lukoyl" şirkəti Macarıstana yanacaq tədarük etmək imkanına malik deyil. Səbəb neftin hazırda Rusiya ilə müharibə şəraitində olan Ukrayna ərazisi vasitəsilə idxal edilməsinin dayandırılmasıdır. Nazir deyib: "Hazırda məsələnin hüquqi həlli üzərində çalışırıq".
Hürr Tərcüman