Macarıstandan təklif: "İranın Avropaya açılan qapısı ola bilərik"
Hurriyyet.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto İRNA agentliyinə müsahibəsində Macarıstanın İran biznesi üçün "Avropaya açılan qapı" ola biləcəyini söyləyib.
Nazir deyib: "Avropa İttifaqının və Şengen zonasının üzvü olduğumuz üçün Macarıstana asanlıqla İran üçün Avropaya qapı kimi baxmaq olar. Sizin (İranın - red.) iqtisadiyyat və maliyyə nazirinizdən eşitdiyimə görə, bir çox Avropa ölkələri İranla həm birbaşa, həm də üçüncü ölkələrin köməyi ilə ticarət edirlər. İnanıram ki, iqtisadi və ticarət sahələrində əməkdaşlıqda Macarıstan sizin üçün qapı rolunu oynaya bilər".
Siyyarto Macarıstanın "azad və ədalətli dünya ticarəti tərəfdarı" olduğunu qeyd edib. Onun sözlərinə görə, "xarici sərmayənin olması ölkə iqtisadiyyatı üçün müəyyənləşdirici amildir".
Hürr Tərcüman