📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstandan Tiflisə DƏSTƏK MESAJI: Gürcüstana Aİ-yə namizəd ölkə statusu verin

2022-06-21 13:30:00

Macarıstandan Tiflisə DƏSTƏK  MESAJI: Gürcüstana Aİ-yə namizəd ölkə statusu verin

Macarıstan Gürcüstana Aİ-yə namizəd ölkə statusu verməyə çağırıb. Bu barədə Macarıstanın baş naziri Viktor Orban təklif irəli sürüb.

O, Ukrayna və Moldova ilə birlikdə Aİ üzvlərini Gürcüstan və Bosniya və Herseqovinaya namizəd statusu verməyə çağırıb.
Macarıstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Orban belə bir bəyanatla Aİ sammitinə hazırlıq çərçivəsində keçirilən videokonfrans zamanı çıxış edib.

Baş nazir Viktor Orban Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Belçika, Bolqarıstan, Estoniya, Lüksemburq və Malta baş nazirləri ilə görüşü zamanı Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinin zəruriliyini açıqlayıb.

Ülviyyə, Hurriyyet.az