📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstanın İrandakı səfiri Azərbaycana təşəkkür edib

2026-03-08 20:57:53

Macarıstanın İrandakı səfiri Azərbaycana təşəkkür edib

Macarıstanın İrandakı səfiri Jola Peto İslam Respublikasından diplomatların təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.

"Report"un Cənub bürosunun məlumatına görə, diplomat "Astara" dövlət sərhədindən buraxılış məntəqəsində jurnalistlərə minnətdarlığını bildirib.

"Hər şey rahat keçdi. Səmimi qarşılama üçün çox sağ olun. İcazə verin həmkarlarıma qoşulum", - Peto deyib.

Qeyd edək ki, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyəsi həyata keçirilib. Onların arasında Macarıstanın diplomatik nümayəndəliyinin 8 əməkdaşı da var.