📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Macarıstanla Ermənistan arasında münasibətlər normallaşır

2024-05-06 16:51:00

Macarıstanla Ermənistan arasında münasibətlər normallaşır

Hurriyyet.az "Sputnik Ermənistan" informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanla Macarıstan yaxın zamanlarda Budapeştlə İrəvanda səfriliklərini yenidən açmaq barəsində razılığa gəliblər. Bu barədə açıqlamanı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlardan sonra verib. 
O, Macarıstanla Ermənistanın diplomatik əlaqələri onillik fasilədən sonra, 2022-ci ilin dekabrında bərpa elədiklərini xatırladıb. 
Qeyd edək ki, 2012-ci ildə azərbaycanlı zabit Ramil Səfərovun Bakıya ekstradisiya edilməsindən sonra Ermənistan Macarıstanla diplomatik əlaqələrini dayandırmışdı.
Hürr Tərcüman