📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maduro Quran kitabının yandırılmasına susan Avropa liderlərini tənqid etdi

2023-08-07 11:49:00

Maduro Quran kitabının yandırılmasına susan Avropa liderlərini tənqid etdi

Hurriyyet.az xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro Avropa ölkələrinin rəhbərliklərinin İsveç və Danimarkada müsəlmanların müqəddəs Quran kitabının yandırılmasına qarşı susqun mövqeyini kəskin tənqid edib.

Maduro “Əl Mayadin” telekanalına müsahibəsində deyib: “Müsəlman xalqlarına nifrət zəminindəki bu irqçi əməlləri pisləyirəm. Quran kitabının nüsxələrinin yandırılmasına qarşı Avropa liderlərinin səssizliyi təəccüb doğurur və bu, onların cinayətə şərik olmaları deməkdir”.

Maduronun sözlərinə görə, islamı və onun ardıcıllarını təhqir edən bu cür təxribatlara göz yummaq olmaz: “Avropa xristianları onların gözlərinin qarşısında İncilin yandırılmasına nə deyərdilər? Buna görə də Quran kitabının nüsxələrinin yandırılmasını islam dünyasının qəzəblə qarşılaması tamamilə təbiidir”.

Hürr Tərcüman