📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maduronun işinə baxan amerikalı hakim 92 yaşında vəfat edib

2026-10-29 11:05:36

Maduronun işinə baxan amerikalı hakim 92 yaşında vəfat edib

Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı məhkəmə işini aparan ABŞ-nin federal hakimi Elvin Hellerşteyn 92 yaşında dünyasını dəyişib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsinin yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, E. Hellerşteyn hakim vəzifəsinə 1998-ci ildə təyin olunmuşdu. O, peşəkar fəaliyyəti ərzində bir sıra səs-küylü məhkəmə işlərinə, o cümlədən 2001-ci il 11 sentyabr terror hücumları ilə bağlı qaldırılan iddialara baxıb.

Xatırladaq ki, Maduronun işi üzrə son məhkəmə iclası oktyabrın 15-də keçirilmişdi. Proses zamanı Hellerşteynin çəliklə hərəkət etdiyi və səsinin çətinliklə eşidildiyi bildirilirdi.