Mağazada meyit tapıldı
2024-07-13 13:20:08
Lənkəranda mağazada kişi meyiti tapılıb.
Hurriyyet.az xəbər verir ki, meyit şəhərin 2-ci mikrorayon ərazisində yerləşən meyvə satılan mağazada aşkar edilib.
Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
