📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Magistral kəmərdəki qəza su təchizatına təsir göstərməyəcək - RƏSMİ

2022-10-15 10:19:00

Magistral kəmərdəki qəza su təchizatına təsir göstərməyəcək - RƏSMİ

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir göstərməyəcək. 

Hurriyyet.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, hazırda bu xətt üzrə “Azərsu” ASC-nin iki xətti fəaliyyət göstərir:

“Digər magistral xətt üzrə dayanıqlı və fasiləsiz su verilir. Hazırda Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və " Azərsu" ASC birlikdə tədbirlər görür”. 

Xatırladaq ki, magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb. 

Bizim.media