📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Magistral yolda “Mercedes” aşdı - 3 nəfər xəsarət aldı

2026-10-18 13:39:32

Magistral yolda “Mercedes” aşdı - 3 nəfər xəsarət aldı

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəzada sürücü, həmyerlisi olan iki nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.