Magistraturaya sənəd verənlərə VACİB XƏBƏR
2022-02-10 21:55:00
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun müddəti uzadılıb.
Hurriyyet.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, sənəd qəbulu bu gün saat 23:59-da başa çatmalı idi.
Qeyd edək ki, bu gün saat 16:25-dək 16 380 nəfərin (Azərbaycan bölməsi - 15007 ; rus bölməsi - 1373) ərizəsi qəbul edilib.