📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahaçqalada polisə hücum, ölənlər var - Yenilənib

2025-05-05 16:13:22

Mahaçqalada polisə hücum, ölənlər var - Yenilənib

Mahaçqalada naməlum iki şəxs polis avtomobilinə atəş açıb.

Hurriyyet.az xəbər verir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub.

Hadisəni törədən şəxslər isə xidməti avtomobillə qaçıblar. 

Hazırda təqsirləndirilən şəxslərin axtarışları davam etdirilir.

***

Dağıstan rəhbəri Sergey Melikov bildirib ki, ilkin məlumata görə, Daxili İşlər Naziliyinin əməkdaşları maşını saxlamağa cəhd ediblər.

Melikov əlavə edib ki, sürücü bu əmrə tabe olmayaraq polislərə atəş açıb. 

Qafqazinfo.az