📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahir Emreli "Dinamo"da bu qədər MAAŞ ALACAQ

2022-02-03 20:13:00

Mahir Emreli

Millimizin üzvü Mahir Emrelinin yeni klubu "Dinamo"da (Zaqreb) nə qədər qazanacağı məlum olub.

25 yaşlı hücumçu Xorvatiya təmsilçisində illik 500 min avroya (təxminən 1 milyon manata) oynayacaq. Bu, bonuslarla birgə alınan yekun rəqəmdir. 

Mahir "Legiya"da daha az alırdı - təxminən 300 min avro.

Xatırladaq ki, millimizin forvardı "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.

Mənbə: Futbolpress.az