📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahir Emreli "Dinamo"dan ayrıldı

2024-08-01 20:14:55

Mahir Emreli

Azərbaycan milli komandasının üzvü Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan ayrılıb.

Hurriyyet.az zaqreblilərin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu artıq azad agent statusu daşıyır.

Qeyd edək ki, M.Emrelinin xidmətində Almaniyanın "Nürnberq" klubu maraqlıdır.