📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahir Emreli "fərqləndi", Almaniya klubu uduzdu

2024-09-21 19:34:10

Mahir Emreli

Bundesliqa 2-də 6-cı turun oyunları keçirilir.

"Nürnberq" "Herta"nı (Berlin) qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. Millimizin üzvü 39-cu dəqiqə meydana daxil olub. Vinger Benjamin Qolleri əvəz edib. Mahir görüşün 90+5-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

Maraq üçün bildirək ki, bu, millimizin üzvünün Almaniya klubunda ilk oyunu idi.  \\Offsideplus.az