📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahir Emreli İspaniyada sürprizlə qarşılaşdı - VİDEO

2022-02-17 22:52:00

Mahir Emreli İspaniyada sürprizlə qarşılaşdı - VİDEO

Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Sevilya”nın qonağı olacaq.

Azərbaycan millisinin üzvü oteldən çıxıb oyunöncəsi son məşq üçün komandanı stadiona aparan avtobusa doğru irəliləyəndə maraqlı mənzərə ilə qarşılaşıb.

Sevilyada yaşayan Elvin Cəbrayılzadə “Dinamo” ilə Mahirinin şəninə bəstələr səsləndirərək onu yanına çağırıb. Buna görə ispan polislərdən daha öncə icazə alan fanat yekunda istəyinə çatıb.

Emreli məşqə tələsdiyindən, Elvinlə görüşü cəmi 10 saniyə çəkib.

 

 

Sportinfo.az