📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahir Emreli "Konyaspor"da tənqid olunur

2023-04-10 21:22:00

Mahir Emreli

"Konyaspor" Azərbaycan millisinin üzvü Mahir Emrelidən narazıdır. 

"Konyspor"un "Dinamo"dan (Zaqreb) icarəyə götürdüyü 25 yaşlı hücumçu "yaşıl-bəyazlar"ın heyətində oynadığı 228 dəqiqədə qol və assistə imza ata bilməyib. 

Ümidləri doğrultmayan Emreli 3 oyunda start heyətdən meydana çıxıb. Son turda "Antalyaspor"a qarşı oyunda (1:1) ehtiyatdan oyuna daxil olan Mahir 24 dəqiqə ərzində bir qol epizodu yaxalasa da, çərçivəyə göndərə bilməyib. 

Qeyd edək ki, Emreli cari mövsümün sonunadək icarə əsasında "Konyaspor"da çıxış edəcək.\\Offsideplus.az