📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahir Emreli qola yaxın oldu - VİDEO

2022-03-05 19:38:00

Mahir Emreli qola yaxın oldu - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatının 26-cı turunda  “Şibenik”i sınağa çəkir. 

Paytaxt təmsilçisinin heyətində cari çempionatda debüt oyununa çıxan 24 yaşlı futbolçumuz matçın 35-ci dəqiqəsində fərqlənməyə yaxın olub. Lakin Emrelinin vurduğu top qapı tirinə dəyib.

Qeyd edək ki, hazırda matçda fasilədir. Meydan sahibləri 1:0 hesabıyla irəlidədir.

 

 

Offsideplus.az