Mahir Emrelidən Türkiyə Super Liqasında möhtəşəm qol - VİDEO
2023-04-19 23:23:00
Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" bu gün Türkiyə Super Liqasının 29-cu turunda "Adana Demirspor"u qəbul edir.
Hazırda davam edən qarşılaşmada 1:1 hesablı nəticə qeydə alınır.
"Konyaspor"un qoluna Mahir Emreli imza atıb. O, 40-cı dəqiqədə möhtəşəm qolla yadda qalıb.
Day.Az