📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahir Emrelinin komandasında baş məşqçi istefası

2023-04-06 22:12:00

Mahir Emrelinin komandasında baş məşqçi istefası

Azərbaycan millisinin üzvü Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"su baş məşqçisi Ante Çaçiçlə yollarını ayırıb.

70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Dinamo" 27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir. Lakin komanda son son 5 matçın yalnız 1-də qalib gəlib.

Qeyd edək ki, Mahir Emreli bu ilin fevralında Türkiyənin "Konyaspor" klubuna icarəyə verilib. \\Offsideplus.az