📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahir Emrelinin qolu "ilin ən yaxşı qolu" adlandırıldı - VİDEO

2024-12-29 14:40:36

Mahir Emrelinin qolu

Hurriyyet.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandasının forvardı Mahir Emrelinin "Nyunberq" komandasını heyətində vurduğu qol 2024-cü ilin ən yaxşı qolu hesab edilib.
Alman klubu komandanın 2024-cü ildəki ən yaxşı qollarının onluğunu tərtib edib. Siyahıya azərbaycanlı futbolçunun iki qolu salınıb. "Qroyter Fyurt" klubunun qapısına vurulan qol siyahıda birinci, "Hamburq"un qapısına vurduğu qol isə doqquzuncu yerdə qeyd edilib. 
Emreli mövsümün birinci yarısında klubun rəqiblərinin qapısına 4 qol vurub.
Hürr Tərcüman