Mahirin vurduğu top dirəkdən qayıdınca... - VİDEO
2021-10-28 23:39:00
Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" bu gün Polşa kubokunda 1/16 final oyununa çıxıb.
Varşava təmsilçisi səfərdə "Şvit Sklovin"lə qarşılaşıb. Görüş "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol 35-ci dəqiqədə vurulub. Belə ki, küncdən ötürülən topu Mahir başla qapıya yönəltsə də, hədəfdən yayınıb, ancaq onun komanda yoldaşı Lidsi Rouz dəqiq zərbəylə hesabı açıb.
Bundan əlavə, Emreli 50-ci dəqiqədə sarı vərəqəylə də cəzalanıb. \\Offsideplus