📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mahmud Abbas Türkiyəyə səfər edəcək

2022-08-22 10:53:00

Mahmud Abbas Türkiyəyə səfər edəcək

Hurriyyet.az xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas Prezident Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Üçgünlük səfər zamanı Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Tərəflər ikitərəfli münasibətləri və Fələstindəki hadisələrin inkişafını müzakirə edəcəklər.

Həmçinin,  regional və beynəlxalq gündəmdəki məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Hürr Tərcüman