📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mais Bərxudarov Şuşanın Bayraq meydanında Azərbaycan bayrağı qaldırıb

2021-09-27 17:25:00

Mais Bərxudarov Şuşanın Bayraq meydanında Azərbaycan bayrağı qaldırıb

"General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb".

Hurriyyet.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov özünün rəsmi tviter səhifəsində paylaşım edib.

"Bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında dövlət himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər", - o vurğulayıb.