Makfol: Dəhşətlidir, Putinin əlindəki silahlar...
2021-09-08 10:10:00
Rusiya silahlanmanın bir sıra aspektlərində ABŞ-ı qabaqlayır.
Hurriyyet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyib.
“Müəyyən aspektlərdə Rusiya, Çindən fərqli olaraq, qlobal gücdür. Xüsusən, nüvə silahı məsələsində... Çox təəssüf ki, Putin Rusiyasının sahib olduğu nüvə silahları sadəcə SSRİ-dən miras qalmayıb. O, sistemlərin modernizasiyası üçün fantastik məbləğdə pul ayırıb. Bir çox iqtisamətdə ruslar bizi qabaqlayır. Düşünürəm ki, bu, insanların diqqət etmədiyi olduqca dəhşətli bir faktdır”, - deyə diplomat bildirib.