Makron Astanadadır
2023-11-01 13:41:04
Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırda ölkədə səfərdə olan Fransa Prezidenti Emmanuel Makronu paytaxt Astana şəhərində qəbul edib. Bu barədə açıqlamanı Qazaxıstan Prezidentinin mətbuat xidməti verib.
Prezident Makronun başçılıq elədiyi nazirlərdən və böyük şirkət sahiblərindən ibarət heyətin Qazaxıstandan sonra Özbəkistana səfər edəcəyi gözlənilir.
Xəbər verdiyimiz kimi, “Blumberq” agentliyinin nəlumatına görə, Fransa Prezidenti Emmanuel Makronun Orta Asiya respublikalarına 1-2 noyabr tarixinə planlaşdırılan səfərinin əsas məqsədlərindən biri Qazaxıstan və Özbəkistandan uran idxalını artırmaqdır.
Hürr Tərcüman