Makron Azərbaycana gəlir
2023-09-06 13:21:29
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir.
Hurriyyet.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
9-10 sentyabrda nəzərdə tutulduğu bildirilən səfər zamanı Makron əvvəl Ermənistana, sonra isə Azərbaycana gələcək.
Qeyd edək ki, səfərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.