Makron Britaniya ilə ABŞ-a meydan oxudu: Avstraliyanın qərarı Fransanın siyasətini dəyişməyəcək
Fransa Prezidenti Emanuel Makron, Avstraliyanın sualtı qayıqlarla bağlı müqaviləsini ləğv etmək qərarının Fransanın Hind-Sakit Okean strategiyasını dəyişdirməyəcəyini, lakin nəticələrinin hələ gözdən keçirilməli olduğunu söylədi.
"Avstraliyanın seçimi Fransanın Hind-Sakit okean bölgəsindəki strategiyasını dəyişməyəcək. Bu, 2018-ci ilin əvvəlində Hindistanda elan edildi. Bölgədə ortaqlarımız var. Fransa heç bir müqavilədən asılı olmayaraq Hind-Sakit Okean gücüdür, çünki bu bölgədə bir milyondan çox soydaşımız yaşayır və 8 mindən çox hərbçimiz burada yerləşdirilib. Avstraliyanın seçiminin qarşıdakı həftələrdə nəticələri olacaq", Makron Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis Parisdə keçirilən görüşdən sonra mətbuat konfransında dedi.
Ülviyyə, Hurriyyet.az