“Makron bununla nə demək istəyib?” – Tayvan Fransadan açıqlama tələb edir
2023-04-12 16:26:00
Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Çinə səfərindən sonra Avropanın ABŞ ilə Çinin Tayvan məsələsi ilə bağlı qarşıdurmasına qoşulmamalı olduğunu bəyan eləməsi Tayvanda narazılıqla qarşılanıb. Qeyd edək ki, Makron avropalıların “oyanmalı və öz maraqları barəsində düşünməli” olduğunu söyləmişdi.
Tayvanın Xarici İşlər naziri Cozef U CNN kanalına müsahibəsində Makronun çıxışı ilə bağlı belə deyib: “Biz hələ də Fransa hökuməti ilə əlaqə saxlayaraq, onun nə dediyini və bunun nə demək olduğunu aydınlaşdırmağa çalışırıq”.
Hürr Tərcüman